Siyəzəndə ana doğuşdan bir gün sonra ölüb
Siyəzən rayonunda ana ölümü qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub və qız uşağı dünyaya gətirib. Xəstəxananın həkimi Kəmalə Əliyeva əməliyyatın normal keçdiyini bildirib. Bir gün sonra, səhər saatlarında ananın vəziyyəti pisləşib və görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit ekspertizadan keçirilməsi üçün Şabran Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ölümün səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq