Bakıda saxlanan Göygöl sakininin evindən silah-sursat tapılıb
Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini, 31 yaşlı Qara Əliyev saxlanılıb. Onun Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki evinə baxış zamanı “Marqulin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və alışdırıcısı ilə birlikdə "RQD-5" tipli qumbara aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq