Bank Of Baku

Bakıda valyutadəyişmə məntəqəsinə basqın: külli miqdarda pul oğurlandı

# 17:25
2 mart 2015

Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən valyutadəyişmə məntəqələrindən birinə basqın olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, naməlum şəxslər Nəsimi rayonu Azadlıq prospekti 128 ünvanında "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın edib. Onlar məntəqənin əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Taryel Arif oğluna küt alətlə ağır bədən xəsarətləri yetiriblər. Məntəqədən 20 min dollar və 20 min manat nəğd pulu götürən şəxslər uzaqlaşıblar.

 

T.Abbasov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR