Bakıda naməlum şəxs 21 yaşlı oğlanı bıçaqlayıb
Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, 21 yaşlı Kənan İmanov Süleyman Rəhimov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı yoldan keçən qadına bıçaqlandığını deyərək, ondan kömək istəyib. Qadın isə təcili tibbi yardım çağırıb. Xəstəxanaya gətirilən Kənan İmanov dərhal əməliyyat olunub.
Kənan İmanov xəstəxanada həkimlərə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq