Türkiyə sərhədində neft emalı müəssisəsi bombalandı, 30 İŞİD terrorçusu öldü
İŞİD terrorçularına qarşı koalisiya qüvvələrinin hava hücumu davam edir. APA TV-nin məlumatına görə, qırıcılar bu dəfə İŞİD-in Türkiyə sərhədi yaxınlığında yerləşən maye yanacaq istehsal edən müəssisələrini bombalayıb. Suriyanın Türkiyə ilə sərhəd qəsəbəsi olan Telabyada hücum nəticəsində güclü partlayış baş verib. Bombardman nəticəsində yaranan alov Türkiyədən rahatlıqla görünüb. Türkiyənin sərhəd Akçaqala rayonunda partlayışın səsi qorxulu anlar yaşadıb. Əhali küçələrə tökülüb, insanların çoxu sərhəddən uzaqda olan qohumlarının evinə sığınıb. Rayonda bəzi evlərin pəncərələri qırılıb. Türkiyə tərəfi sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib. YPG-nin isə Telabyadı əməliyyatla alaraq Resulayna koridor açmağı planlaşdırdığı bildirilir. Bombardman nəticəsində 30 terrorçunun öldüyü bildirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq