Azərbaycan üçün nələr dəyişəcək: “Taliblər” nəyimizə talibdir?

# 14:00
18 avqust 2021

Müstəqil Azərbaycanla Əfqanıstan arasında iqtisadi-siyasi əlaqələr 1994-cü ildən qurulub.

 

Azərbaycan Əfqanıstana strateji enerji məhsulları ixrac edir. Ölkələr arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu əvvəlki il ilə müqayisədə 2 dəfəndən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub. Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanıstana ixrac üzərində formalaşıb.

“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlişi ilə yeni suallar yarandı. Azərbaycan-Əfqanıstan iqtisadi-siyasi əlaqələri hansı xətt üzrə davam edəcək?

 

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli suala cavab verib: “Əslində Azərbaycan-Əfqanıstan münasibətlərinin bundan sonrakı inkişafı üçün əla şərait yetişib. Çünki artıq Əfqanıstanda sabitliyin təmin olunması, onun inkişafı, kapital qoyuluşu, ətraf ölkələrlə münasibətlərinin qurulması, o cümlədən, tarixi münasibətlərin bərpası prizmasından çox önəmlidir. O cümlədən, tarixi münasibətlərin bərpası prizmasından çox əhəmiyyətlidir və birinci növbədə Əfqanıstan təbii sərvətlərindən olan və hələ də işlənməmiş qaz ehtiyatının istismara çıxarılması Azərbaycan nöqteyi-nəzərindən maraqlıdır. Çünki bilirsiz, bizim də neft-qaz sənayesi baxımından geniş potensialımız və təcrübəmiz var”.

 

Mütəxəssisin fikrincə, Əfqan qazının Orta Asiya vasitəsi ilə Xəzər Dənizinin aşırımları üzərindən BTC-ə qoşulmasını ehtiva edən bir sıra ideoloji xətt var. Məsələyə siyasi tərəfdən baxdıqda isə iki ölkə arasındakı əlaqələrin inkişafına dair ehtimallar yaranır. Birincisi taliblərin həm Pakistan, həm də Türkiyə ilə münasibətləri balanslaşdırmaq istəyi “dostumun dostu mənim dostumdur” prinsipindən çıxış edən Azərbaycan üçün əlaqələri möhkəmləndirməyə şərait yaradır. Hətta gələcəkdə regional ittifaqların yaradılması belə ehtimallara daxildir. İkincisi Taliban hakimiyyətinin Çin kimi qlobal dövlətlər tərəfindən tanınmasıdır ki, bu da legitimləşən hərəkat ilə münasibət yaratmağı bir növ, zəruriləşdirir...

 

Siyasi ekspert Zaur Məmmədov bildirib ki, Pakistan, Səudiyyə Ərəbistanı və Çin kimi ölkələr taliblərin hakimiyyətini tanıd: “Bundan sonra artıq demək olar ki, nə qədər paradoksal səslənsə də, Əfqanıstanda legitim hakimiyyət taliblər tərəfindən qurulacaq. Yenə nə qədər paradoksal səslənsə də, biz doxsanıncı illərdəkindən fərqli bir Taliban görürük. Bu gün o Talibandır ki, təkcə bir və ya iki etnik qrupa əsaslanmır. Demək olar ki, Əfqanıstanın bütün regionları, əksər Əfqan əhalisi, ayrı-ayrı etnik qruplar küçələrə çıxaraq öz iradlarını bildirmədilər”.

 

Qeyd edək ki, avqustun 15-də Əfqanıstan Respublikası taliblər tərəfindən ələ keçirilib və dövlət Əfqanıstan İslam Əmirliyi adlandırılıb.

 

Mir Çingiz Ağazadə

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR