Bank Of Baku

Yasamalda "Volkswagen"lə "Mercedes" toqquşub, sürücü yaralanıb

# 10:42
12 mart 2015

Ötən gecə Bakının Yasamal rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza "20 Yanvar tuneli" adlanan ərazidə qeydə alınıb. Avtomobili yüksək sürətlə idarə edən "Volkswagen"in sürücüsü idarəetməni itirib və maşını eyni istiqamətdə hərəkətdə olan "Mercedes"ə çırpıb. Qəza zamanı "Wolvsvagen"in sürücüsü xəsarət alıb. Əraziyə çağırılan təcili yardım briqadası xəsarət alan sürücüyə hadisə yerində ilkin yardım göstərildikdən sonra o,  xəstəxanaya çatdırılıb.  Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.  

 

Hadisə yerinə Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Yaranan tıxac aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.

 

Faktla bağlı araşdırma aparılır. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR