Bank Of Baku

Nemtsovun öldürüldüyü yerdən 2 silah tapıldı

# 10:33
14 mart 2015

Dalğıclar Rusiya müxalifət lideri Boris Nemtsovun güllələndiyi körpünün yaxınlığında Moskva çayının dibindən iki tapança tapıblar. APA TV-nin məlumatına görə, onlardan birinin müxalifətçinin qətlində istifadə edilmədiyi artıq dəqiqləşib. İkinci tapança ballistik ekspertiza üçün qətl işini aparan istintaq komitəsinə göndərilib. Yaxın günlərdə ekspertizanın rəyi bilinəcək.

 

Məlumata görə, dalğıclar hər gün çayın dibini yoxlayırlar.

 

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Qətldə təqsirləndirilən Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR