İstanbulda dərgi redaksiyası partladıldı: 1 ölü, 3 yaralı
İstanbulda “Adımlar Dergisi"nin redaksiyasında partlayış baş verib. APA TV-nin məlumatına görə, redaksiyaya bombalı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Qeyd edək ki, “Adımlar Dergisi"nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Güclü partlayış nəticəsində binanın fasadı qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin versiyaya görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq