An etibarilə Bakı küləyi - PAYTAXT KÜÇƏLƏRİNDƏN REPORTAJ
Bakıda dünən səhər saatlarından başlayan güclü külək hələ də davam edir. APA TV-nin əməkdaşı küləkli hava şəraitində paytaxt küçələrində durumla maraqlanıb...
Hidrometeoroloqların əvvəlcədən verdiyi proqnoza əsasan iki gündür Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Şimal-qərb küləyinin axşama doğru zəifləyəcəyi gözlənilir.
Badamdar qəsəbəsində küləyin sürəti daha çox hiss olunur. Meteoroloqlar bu cür hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olduğunu bildirirlər.
Qeyd edək ki, axşama doğru küləyin sürəti azalsa da küləkli hava şəraiti ayın 13-ü, günün ikinci yarısına kimi davam edəcək.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik