Nyu-Yorkda polis özbaşınalığına qarşı etiraz aksiyası keçirilib
"Qatil polisləri saxlayın!", "Polislərin adam öldürməyinə son qoyulsun!"
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu şüarlar ABŞ-ın Nyu-York şəhərində keçirilən mitinqdə səsləndirilib.
Etiraz aksiyasının iştirakçıları polis tərəfindən qaradərili vətəndaşların qətlə yetirilməsinin dayandırılmasını tələb ediblər. Onlardan bəziləri hesab edir ki, məsələ o həddə çatıb ki, artıq prezident bu işə qarışmalıdır: "Mən istəyirəm ki, polis latın amerikalılarına və afroamerikalılara qarşı kobudluğa son qoysun. Onların 99 faizi Nyu-Yorkun ispandilli və qaradərili insanların yaşadığı Buşvik, Harlem, Şərqi Nyu-York məhəllələrində sakinlərə qarşı amansız davranırlar. Biz buna dözə bilmərik. Onlar özlərini niyə belə aparırlar?"
Aksiya iştirakçıları şəhər meriyasının və polis idarəsinin qarşısında etirazlarını davam etdiriblər. Bruklin körpüsündə isə onlar əllərində plakatlarla avtomobillərin qarşısını kəsib hərəkəti dayandırıblar. Polis müdaxiləsindən sonra yol açılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik