Roma Papası Ermənistanda qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Roma Papası I Fransisk Ermənistanda qondarma “soyqırım”ın 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmayacaq.
APA-nın “Armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Eçmiədzin kilsəsinin dinlərarası əlaqələr şöbəsinin rəhbəri yepiskop Ovakim Manukyan bildirib.
Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər etməyə qərar verib. “Roma Papası şübhəsiz ki Ermənistana səfər edəcək, lakin bu apreldə yox, 2016-cı ildə baş tutacaq. Onun 24 aprel tədbirlərinə dəvət olunması barədə məlumatlar həqiqətə uyğun deyil”, deyə yepiskop qeyd edib.
Bu arada I Fransisk 1915-ci il hadisələri barədə fikirlərinə açıqlama gətirib. O bildirib ki, baş vermiş hadisələr öz adı ilə tələffüz olunmalıdır. Katoliklərin dini lideri Fransisk İsa peyğəmbərin 12 həvarisindən nümunə göstərərək öz düşüncələrini əsaslandırmağa çalışıb: “İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12 həvaridən Yuhanna və Petrusa “Gördükləriniz və eşitdikləriniz qarşısında səssiz qalmayın” - deyib”.
Fransisk həmçinin kilsənin bu mesajının səmimiliyə və xristian cəsarətinə gedən yol olduğunu deyib.
Xatırladaq ki, Roma Papası aprelin 12-də keçirilən ayində 1915-ci il hadisələrini şərh edərkən qondarma erməni “soyqırımının” XX əsrin ilk soyqırımı olduğunu iddia edib. Papanın bu çıxışına cavab olaraq Türkiyə Vatikandakı səfirini geri çağırıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik