Frankfurtda terror aktının qarşısı alındı: iki türk yaxalandı
Almaniya polisi Frankfurt-Maynda radikal cütlüyün planlaşdırdığı terror aktının qarşısını alıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları şübhəli şəxslərin mənzilinə baxış zamanı kustar üsulla düzəlmiş partlayıcı qurğu, bombanın hazırlanmasında istifadəsi ehtimal olunan maddələr və silah aşkarlayıb. Məlumata görə, bu barədə Frankfurt-Mayn prokurorluğunun nümayəndəsi Albrext Şrayber bildirib.
Onun sözlərinə görə, Oberurzel şəhərciyində Türkiyə əsilli Xəlil və Senay D. cütlüyünün mənzilində 100 ədəd 9 mm çaplı patron, partlayıcı qurğunun hazırlanmasında istifadəsi ehtimal olunan 3 litr maye - spirt, aseton və hidrogen peroksidi aşkarlanıb. Həmçinin avtomat silahın detalları aşkarlanıb.
Qeyd edək ki, mayın 1-də Frankfurt-Maynda ənənəvi velosiped marafonu keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik