Beş ay əvvəl Kürdə batan müəllimin meyiti tapıldı
Sabirabadda 5 ay əvvəl suda batan orta məktəb müəlliminin meyiti tapılıb.
Sabirabad Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, 5 ay əvvəl Kür çayında boğulan və itkin düşən Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti çaydan çıxarılıb.
Meyit Əhliman Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 5 dekabr 2014-cü ildə Sabirabad rayon 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov “VAZ-2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayıb. Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik