Bakıda 15 gün əvvəl itkin düşən həkimin yandırılmış meyiti tapıldı
Xızı rayonunun ərazisində meyit tapılıb.
Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsi ərazisində aşkar edilib.
Meyitə ilkin baxış zamanı Natəvan Əliyevanın qətlə yetirildiyi məlum olub.
Polisdən Natəvan Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.
Qeyd edək ki, Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var.
Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri