Ağcabədi sakinindən 20 kq marixuana tapıldı
Xətai RPİ əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əliyevi həbs ediblər.
APA TV-nin xəbərinə görə, o, külli miqdarda narkotik vasitənin alqı-satqısında iştirak etməkdə təqsirli bilindiyi üçün yaxalanıb. Üzərinə baxış keçirilən zaman ondan 19 kiloqram 360 qram marixuana aşkar olunub.
"3 nəfərlə getdik, ora yəni Oğuza. Dərdik, dedilər ki, bu Bakıya çatmalıdır, qalanı sizlik deyil. Elə dayanmışdım, polis işçiləri gəlib yaxınlaşdılar, torbalara baxdılar. 20 kq aşkarlandı".
Xətai Polis İdarəsindən dəstənin digər üzvlərinin axtarışda olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri