PKK türk polislərinə tələ qurdu: 4 şəhid
Türkiyənin Mardin vilayətində məktəbi yandıran PKK terrorçuları hadisə yerinə gələn polis maşınını partladıblar.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, partlayış nəticəsində 4 polis şəhid olub.
Terror aktı Mardinin Darkeçid qəsəbəsində qeydə alınıb. Şəhid olan asayiş keşikçilərindən biri polis komissarıdır. O, Mardinə bir neçə gün öncə Antalyadan göndərilib.
Hadisədən dərhal sonra bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri