Qax sakini sərxoş olub intihar etdi
Qaxda üç övlad atası intihar edib. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaxbaş kəndində qeydə alınıb.
1957-ci il təvəllüdlü Qaxbaş kənd sakini, milliyyətcə gürcü olan Rustiaşvili Qurami Şotayeviçin meyiti yaşadığı evin həyətyanı sahəsində alma ağacından asılı vəziyyətdə qonşuları tərəfindən aşkar edilib.
Aparılan araşdırma zamanı 58 yaşlı Qurami Rustiaşvilinin içkili vəziyyətdə intihar etməsi məlum olub. İntihar edən şəxsin qonşuları APA TV-yə bildiriblər ki, Qurami Rustiaşvili səhər saatlarında içki alaraq evə gedirmiş.
Qeyd edək ki, intihar edən şəxs həyat yoldaşı ilə birlikdə yaşayırdı. Onun 3 oğlunun olduğu, oğlanlarının Gürcüstanın Tbilisi şəhərində yaşadıqları bildirilir. Hadisə zamanı mərhum evdə tək olub.
Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik