FHN-in struktur qurumlarının futzal turniri başa çatdı
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə əlaqədar silsilə tədbirlərə start verilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yubiley tədbirləri ilə əlaqədar nazirliyin Muğan Regional Mərkəzinin təsdiq olunmuş planına əsasən, xidməti ərazidə mövcud olan Fövqəladə Hallar Nazirliyinin müxtəlif struktur qurumları arasında futzal turniri keçirilib.
Turnirdə Mərkəzin, Dövlət Yanğın Nəzarət İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə hissələrinin 8 komandası iştirak edib. Sonda qalib komanda Muğan Regional Mərkəzinin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik