"Qəbələ" "Xəzər Lənkəran"ı darmadağın etdi - QOLLAR
Ötən gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. APA TV-nin məlumatına görə, saytının məlumatına görə, gün ərzində oynanılan 3 qarşılaşma ilə həftənin son mənzərəsi bəlli olub.
Günün ilk oyunu Gəncədə baş tutub. "Kəpəz" "Sumqayıt"ı məğlub edib - 3:1.
Turun mərkəzi görüşündə isə "Qarabağ" "İnter"dən üstün olub. Qurban Qurbanovun yetirmələri "bankirlər"in qapısından 2 cavabsız top keçiriblər.
Günün və turun son oyunu isə Qəbələdə baş tutub. "Qəbələ" "Xəzər Lənkəran"ı qəbul edib. Mövsümün ən sürətli qolu ilə başlayan oyun mövsümün ən böyük hesablı qələbəsi ilə yekunlaşıb. Dodonun 8-ci saniyədə vurduğu qol ilk, Ermin Zetsin 89-cu dəqiqədə fərqlənməsi isə 6-cı olub.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik