Qarabağda erməni əsgər hərbçi yoldaşını öldürdü
Qarabağda erməni əsgər yoldaşı tərəfindən güllələnib. APA TV xəbər verir ki, Ermənistan Müdafiə nazirliyinin yaydığı məlumata görə, hadisə 15 sentyabr tarixində saat 03:10-da baş verib. N saylı hərbi hissədə 1994-cü il təvəllüdlü Xaçatur Xaçatyan əsgər yoldaşı Tiqran Akopyan tərəfindən açılan atəş nəticəsində ölümcül yaralanıb. Hərbçi səhərə yaxın, saat 5-də hərbi hospitalda dünyasını dəyişib.
Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin təhqiqat şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 365.3 maddəsi ilə cinayət işi açılıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib