Bank Of Baku

Həştərxanda azərbaycanlıya məxsus restoran külə döndü - HADİSƏ YERİNDƏN

# 12:31
24 oktyabr 2015

Rusiyada azərbaycanlıya məxsus böyük restoran yanıb.

 

APA TV-nin "Vesti.az"a istinadən məlumata görə, Həştərxanın mərkəzində yerləşən "Bakı bulvarı" restoranı qəflətən alışıb. Bu restoran şəhərdəki ən məşhur əyləncə mərkəzidir.

 

Yanğın nəticəsində iaşə obyekti tamamilə külə dönüb. Hadisə şəhərin mərkəzində tıxaca səbəb olub. Bu səbəbdən də yanğınsöndürənlər hadisə yerinə gecikiblər. Araşdırmalara başlanıb.

 

Xatırladaq ki, obyektin sahibi azərbaycanlı Gündüz Kərimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR