Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirdi
Müdafiə Nazirliyinin Beyləqanda yerləşən “N” saylı hərbi hissəsində "Açıq qapı" günü keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə rayon gəncləri, məktəblilər, keçmiş döyüşçülər və həmin hərbi hissədə hərbi xidmətdə olan əsgərlərin yaxınları iştirak edib.
“Açıq qapı” gününün iştirakçıları əvvəlcə Beyləqan şəhərinin cənub girişində “31 Mart Soyqırımı qurbanları”nın xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Müdafiə Nazirliyinin Beyləqan korpusunun yüksək rütbəli hərbçiləri qonaqları hərbi hissə ilə tanış edib.
Tədbir iştirakçıları hərbi hissənin tərkibində olan silah-sursatlara baxış keçirdikdən sonra əsgərlərin yataq şəraiti ilə tanış olublar. Sonda hərbi hissədəki əsgər yeməkxanasında əsgər və qonaqlar bir süfrədə nahar ediblər.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik