Bəşər Əsəd: "Növbədənkənar seçkilərə hazıram"
Suriya prezidenti Bəşər Əsəd növbədənkənar seçkilərə hazır olduğunu bəyan edib. APA TV-nin "Rossiya-24" telekanalına istinadən məlumatına görə, bu açıqlamanı o, Dəməşqdə səfərdə olan Rusiyalı deputatlarla görüşündə verib.
Görüşdə Əsəd qeyd edib ki, rus aviasiyasının Suriyadakı əməliyyatları gözlənildiyindən də effektli olub. O, rus qırıcılarının terrorçuların öhdəsindən çox asanlıqla gəldiyini bildirib.
Bundan ABŞ-ın narahat olduğu da diqqətə çatdırılıb. Əsəd son əməliyyatda İŞİD üçün çox əhəmiyyətli olan körpünün partladıldığını deyib. Terrorçuların silahlandırılması məhz bu körpü vasitəsilə həyata keçirilib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik