Bank Of Baku

İŞİD Türkiyədə iki jurnalistin başını kəsdi

# 15:41
30 oktyabr 2015

İŞİD Türkiyədə 2 jurnalistin başını kəsib.

 

APA TV-nin xəbərinə görə, suriyalı jurnalistlər Şanlıurfada, Haliliyə qəsəbəsinin Atatürk məhəlləsində yaşadıqları evdə qətlə yetirilib.

 

Qətl "Rembo bıçağı" deyilən kəsici alətlə həyata keçirilib. 28-30 yaşlı İbrahim Abdülqədir və Firas Hammadi başları kəsilmiş halda yaxınları tərəfindən tapılıb.

 

Jurnalistlərin İŞİD terror təşkilatının üzvləri tərəfindən qətlə yetirildiyi iddia olunur. "Sputnik Türkiyə"nin müxbiri Hikmət Durğun hadisəyə Twitter hesabından münasibət bildirərək, suriyalı jurnalistlərin İŞİD-ə qarşı olduqlarını bildirib. Onun sözlərinə görə, jurnalistləri İŞİD terrorçuları öldürüb.

 

Polis yeddi suriyalını saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR