Bank Of Baku

Əsəd mətbuatı: Silahlı müxalifətin ömrü bitdi - DÖYÜŞÇÜLƏR QAÇIR

# 12:02
12 noyabr 2015

Suriya ordusu bütün cəbhələrdə İŞİD və müxalif qruplaşmalara qarşı hücuma keçib.

 

APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, Deyr-əz-Zor bölgəsində Əsəd qüvvələri üsyançıların bütün texnikasını məhv ediblər, qarşı tərəfin çoxlu döyüşçüsü öldürülüb.


Hələb, Homs və Həma əyalətlərinin bir şox yaşayış məntəqələri də Suriya ordusu tərəfindən geri alınıb. Deraa bölgəsində İŞİD-in mövqelərinin və komandir qərargahlarının məhv edildiyi bildirilir.


Ölkə mətbuatı "Suriya Azadlıq Ordusu"nun artıq tamamilə zəiflədiyini və döyüşçülərin silahlarını atıb qaçdıqlarını yazır. Silahlı müxalifət o qədər zəifləyib ki, onların artıq danışıqlarda tərəf kimi iştirakı sual altına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR