Rusiya Suriya-Türkiyə sərhədinə dünyada analoqu olmayan hərbi qurğu yerləşdirdi
Rusiya Suriyanın Xmeymim aviabazasında "S-400" zenit-raket kompleksi yerləşdirib.
APA TV-nin "NTV.ru"ya istinadən məlumatına görə, bu yeni sistem havada 8 min metr yüksəklikdə hərəkət edən istənilən aviasiya vasitəsini, qanadlı və ballistik raketləri müşahidə etmək qabiliyyətinə malikdir.
Moskva bu addımın Rusiya hərbi qüvvələrinin təhlükəsizliyi üçün atıldığını qeyd edib.
Bildirilir ki, bu zenit-raket kompleksinin dünyada analoqu yoxdur. Bu sistem Rusiya arsenalında 1997-ci ildən mövcuddur. Bu qurğu Suriyaya hərbi təyyarələr vasitəsilə gətirilib və quraşdırılıb.
"S-400"-ün unikallığı ondadır ki, bu zenit-kompleksdən buraxılan hər bir raket eyni anda 12 hədəfi məhv edə bilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi