Bank Of Baku

Azərbaycan və Çeçenistanın müharibə veteranları görüşdü

# 16:54
23 sentyabr 2013

Bakıda Azərbaycan və Çeçenistan müharibə veteranları arasında görüş keçirilib. APA TV-nin məlumatına görə, Rusiya Veteranlar Birliyinin Çeçenistan regional təşkilatının sədri Salamu Asuyev bildirib ki, çeçenistanlı veteranların Bakıya səfərin əsas məqsədi Azərbaycan tərəfi ilə dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasıdır.

 

Azərbaycan Müharibə Əlili və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev isə bildirib ki, təşkilat Ermənistanın ətrafındakı bütün dövlətlərin veteran qurumları ilə sazişlər imzalayır.

 

Tədbirin sonunda Azərbaycan və Çeçenistan veteran qurumları arasında dostluq və əməkdaşlıq barədə müqavilənin imzalanma mərasimi keçirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR