Bank Of Baku

Bakıda mülayim hava şəraiti davam edəcək

# 13:40
18 dekabr 2015

Dekabrın 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti  dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4 dərəcə, gündüz  8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı bildirilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
 

     

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR