Dünyanın ən kök insanı dünyasını dəyişdi
Dünyanın ən kök insanı sayılan meksikalı Andres Moreno Sepulveda 38 yaşında dünyasını dəyişib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, ölümə səbəb infarkt və qarın boşluğunun iltihabı (peritonit) olub.
Özünü qəflətən pis hiss edən keçmiş polis əməkdaşı xəstəxanaya aparılarkən yolda keçinib. Bir neçə ay əvvəl çəkisi 450 kiloqram olan A.M.Sepulvedanın mədəsində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, 100 kiloqram arıqlamışdı. Əməliyyatdan sonra reabilitasiya kursu keçən A.M.Sepulveda noyabrda kəskin peritonit ilə əlaqədar təkrar əməliyyat olunmuşdu.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi