Xırdalanda maskalı basqın: 23 min manat pul və qızıl aparıldı
Abşeronda yaşayış evinə basqın olub. Abşeron rayon Polis Şöbəsindən APA TV -yə verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsi, ev 77 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan Cabir Nəbiyevin evinə girən maskalı və əlisilahlı 3 nəfər ev sahibini və onun oğlu Ələsgər Nəbiyevi döyərək, əl-qolunu və ağzını yapışqanla bağlayıblar. Maskalı şəxslər evdən 23 min manat pul və qızıl-zinət əşyalarını götürərək mənzili tərk ediblər.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulublar.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri və cinayətin digər iştirakçısının axtarışları davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi