Kürdə batan 42 yaşlı laçınlının meyiti tapıldı
Ağcabədi rayonunun "Yastı yol" adlanan ərazisində Kür çayında boğularaq batan 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlunun meyiti tapılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Laçın rayonundan məcburi köçkün olan Qiyas Kərimovun meyiti batdığı güman edilən yerə yaxın ərazidə aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qiyas Kərimovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, yanvarın 19-da Qiyas Kərimovun Zərdab rayonundakı mağazadan çörək almaq məqsədilə Kür çayını keçib geri qayıdarkən mindiyi qayığın devrilməsi nəticəsində boğulduğu ehtimal edilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi