Neft bir gündə 2 dollara yaxın bahalaşdı
Birjalarda neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 34,60 dollardan satılıb. Bu, dünənki qiymətlərdən təxminən 2 dollar bahadır. Qərbi Texas nefti də təqribən bu qədər bahalaşıb. Aprel ayının sonları üçün bağlanan fyüçerslərdə WTi markalı neftin qiyməti 32,93 dollar müəyyənləşib. Ekspertlər qiymətlərin bahalaşmasına Omanın neft nazirinin hasilatı 5-10 faiz azaltmağa hazır olduqları bəyanatının təsirli olduğunu bildirir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi