Davudoğlu İrana rəsmi səfərə getdi
Türkiyənin baş naziri Əhməd Davudoğlunun İrana rəsmi səfəri başlayıb. APA TV-nin məlumatına görə, bu, son iki il ərzində Əhməd Davudoğlunun baş nazir kimi İrana ilk səfəridir.
İrana yola düşərkən hava limanında mətbuat konfransı keçirən Əhməd Davudoğlu deyib ki, İran dost və qonşu ölkədir.
O məlumat verib ki, İran rəsmiləri ilə görüşlərində başda Suriya və İraqdakı vəziyyət olmaqla, Qafqazdakı məsələlər də müzakirə olunacaq: “Ölkələr arasında fikir ayrılıqları, fərqli prioritetlərin olması təbiidir. Təbii olmayan əlaqənin olmamasıdır. Biz İranla tarixi dərinliyə malik siyasi və diplomatik əlaqələr çərçivəsində düşüncələrimizi açıq paylaşırıq”.
Əhməd Davudoğlunu İran səfərində iqtisadiyyat, enerji və təbii ehtiyatlar, gömrük və ticarət, nəqliyyat və dənizlçilik nazirləri müşayiət edir. Tehranın Mehrabad hava limanında Türkiyənin baş nazirini İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi