Gəncədə baş verən yanğının söndürülməsinə 5 briqada cəlb olunub
Gəncədə yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-yə verilən məlumata görə yanğın şəhərin Heydər Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının damında baş verib. Sahəsi 600 kvadratmetr olan dam örtüyünün 35 kvadratmetri yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun çardağı tamamilə bürüməsinin qarşısı alınıb.
Hadisə yerinə 5 avtomobil cəlb edilib və 10 dəqiqə ərzində alov söndürülüb. Yanğının səbəbi hələ ki, məlum deyil, faktla bağlı tədqiqat aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib