“Nissan Maxsima” 58 yaşlı qadını vurub öldürdü
Bakı-Quba Rusiya federasiyası yolunun 95-ci km-də, Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zahid Məcidov idarə etdiyi “Nissan Maxsima” markalı avtomaşınla yolu keçmək istəyən piyada, Quba rayonu Birinci Nügədi kənd sakini, 1955-ci il təvəllüdlü Musayev Nailə Qafar qızını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib