Saatlı sakinindən narkotik götürüldü
Saatlı polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakinindən külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.
APA TV-nin xəbərinə görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elşən Dadaşov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 470 qram narkotik tərkibli qurudulmuş marixuna aşkar edilərək götürülüb. Əvvəllər də narkotikə görə məhkum edilmiş Elşən Dadaşov polis şöbəsində törətdiyi cinayəti etiraf edib.
Hazırda Elşən Dadaşovun narkotik vasitənin haradan və necə əldə etməsi istiqamətində tədbirlər həyata keçirilir. Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib