"Əfsanələr paytaxtına" səyahət
Mədəniyyət və Turizm nazirliyi tərəfindən 2013-cü ilin “Əfsanələr paytaxtı” elan edilən Xaçmaza jurnalistlərin infoturu təşkil edilib. APA TV-nin xəbərinə görə, media nümayəndələri öncə Şəxsiyyətlər muzeyi ilə tanış olub. Onlar üçün Xaçmaz tarix-diyarşunaslıq muzeyinin qarşısında konsert proqramı təşkil edilib.
Qonaqlar rayondakı 10-dan çox incəsənət xadiminin əl işlərindən ibarət nümunələrə baxış keçirib. Bu il rayonda Dağıstanın “Ləzginka” rəqs qrupunun konserti, Belarus mədəniyyət günləri təşkil edilib. Gələn il isə Xaçmazda “Bolluq festivalı”nın keçirilməsi nəzərdə tutulub.
İnfoturun sonunda media nümayəndələrinin iştirakı ilə elmi-praktiki konfrans keçirilib.
DİGƏR XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”