Trolleybusu KİŞİ KAMİKADZE PARTLADIB
Volqoqraddakı terror aktının bəzi təfərrüatları məlum olub. İlkin ehtimala görə, Volqoqrad şəhərində trolleybusda baş verən terror aktını terrorçu-kamikadze törədib. APA TV-nin xəbərinə görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin üzvü Vladimir Markin bildirib. Onun sözlərinə görə, hadisə yerində terrorçu kişinin bədən hissələri toplanaraq, genetik ekspertizaya göndərilib. Partlayıcı qurğunun gücü 4 kq trotilə bərabər olub.
Partlayış o qədər güclü olub ki, nəqliyyat vasitəsinin yalnız skleti qalıb və dalğanın təsirindən kənardakı evlərin pəncərələri sınıb.
İstintaq komitəsinin üzvü hesab edir ki, trolleybusda istifadə olunan partlayıcı maddənin tərkibi ötən gün vağzaldakı terrorda istifadə olunan maddələrlə eynilik təşkil edir. Bu, hər iki partlayıcı qurğunu neyni yerdə hazırlanmasına dəlalət edir.
O qeyd edib ki, baş verən terror aktı nəticəsində 15 nəfər ölüb, 28 nəfər yaralanıb.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək