Bakıda keçmiş ARVADINI GÜLLƏLƏYƏN ŞƏXS YAXALANDI
Bakıda keçmiş həyat yoldaşını güllələyən Ağcabədi rayon sakini yaxalanıb. Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən APA TV-yə verilən məlumata görə, Kənan Qasımov səhər saatlarında ov tüfəngini götürərək keçmiş arvadının yaşadığı evə gedib. Övladını məktəbə yola salıb evinə qayıdan qadına Kənan Qasımov bir dəfə atəş acıb. Aldığı güllə yarasından qadın yerə yıxılıb. Hadisəni törədən şəxs isə qaçıb. Yaxınlıqdakı adamların köməkliyi ilə qadın xəstəxanaya çatdırılıb. Güllənin onun sağ qolundan dəydiyi bildirilir.
Kənan Qasımov saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir