SURİYADA DAHA BİR AZƏRBAYCANLI ÖLDÜRÜLÜB
Suriyada daha bir azərbaycanlı öldürülüb. Bu barədə terrorçu qruplaşmalara məxsus saytlar məlumat yayıb. Məlumata görə, “Muhammed” kimi tanınan azərbaycanlı döyüşçü Suriyanın Dəməşq bölgəsində Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Terrorçular onun meyitinin fotosunu yayıblar. Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir