Qubada “UÇAN RESTORAN”
Quba rayonunun Qələdüz kəndində istifadəyə yararsız təyyarədən restoran kimi istifadə ediləcək. Bu məqsədlə Rusiya istehsalı olan "TU-134B" markalı təyyarə artıq kranların köməyi ilə sütunların üzərinə qaldırılıb. İçərisində təmizlik və təmir işləri görülüb. Təyyarənin restoran kimi istifadə olunacaq hissəsi 17,5 metr uzunluğunda və 8 ton ağırlığındadır.
APA TV xəbər verir ki, qurulacaq unikal restoranın sahibi, Dağlı-qələduz bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev istifadəyə yararsız təyyarə hissələrinin ona hədiyyə verildiyini bildirib. Hava gəmisi paytaxtdan adıçəkilən əraziyə ötən ilin oktyabr ayında gətirilib. Restoranı açacaq şəxs yaxın vaxtlarda təyyarənin digər hissələrini də kəndə gətirməyi düşünür. Maraqlıdır ki, qonaqlar “təyyarə restorana” trap vasitəsi ilə qalxacaq. ”Təyyarə restoran”ın ümumi görünüşünü tamamlamaq üçün onun qanadları da əsas hissəyə birləşdiriləcək.
Qeyri-adi restoranın yaradılmasında əsas məqsəd bol müştəri toplamaq və yaxşı gəlir əldə etməkdir. Qubanın Qələdüz kəndi dağ turizmi üçün əlverişli şəraitə malik olduğundan “Təyyarə restoran”a turistlərin böyük axın edəcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir