Ucarda 22 yaşlı qız dəm qazından zəhərləndi
Ucarda 1 nəfər dəm qazından zəhərlənib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqumlaq kəndində baş verib. Rayonun Qazıqumlaq kənd sakini 1992 – ci il təvəllüdlü Əzməmmədova Günay Qulam qızı evində dəm qazından zəhərlənərək Ucar Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ailəli olan gənc qadının vəziyyəti ağırdır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir