Şahbuz sakinindən 1,28 kq AĞ CİVƏ GÖTÜRÜLÜB
Bakıda Şahbuz rayon sakini Həsənov Çingiz Ədalət oğlundan 1,28 kq ağ civə götürülüb.
APA TV-nin xəbərinə görə, əməliyyat-axtarış tədbirləri Yasamal RPİ-nin əməkdaşları tərəfindən həyana keçirilib. Çingiz Həsənov polisə ifadəsində bildirib ki, 7 ilə yaxındır, Bakıda yük maşını sürücüsü işləyir. Civəni isə Binəqədi Bələdiyyəsində işləyərkən əldə edib. Fəhlələrdən biri zibil qutusundan tapdığı civəni Çingiz Həsənova verib. Ç.Həsənov da civəni Elçin adlı şəxsə satıb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək