8 Martda NEÇƏ GÜN İŞ OLMAYACAQ?
Mart ayında bayramla əlaqədar ümumilikdə 10 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli APA TV-yə bildirib ki, bu il martın 8-i beynəlxalq qadınlar günü şənbə gününə təsadüf etdiyi üçün martın 10-u - bazar ertəsi qeyri-iş günü sayılacaq. 5 günlük iş rejimində çalışanlar martın 10-nu da istirahət günü kimi qeyd edəcəklər. Martın 10-u 6 günlük iş rejimində çalışan şəxslər üçün istirahət günu hesab edilmir.
Akif Əli bildirib ki, eyni zamanda Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25-ü və 26-sı da ölkədə qeyri-iş günü olacaq.
Ümumilikdə, mart ayında 15 günədək iş günü olmayacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək