RUSİYA UKRAYNAYA QOŞUN YERİTDİ
Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edilib. Bu arada Rusiya hərbçiləri ilə dolu yük avtomobillərinin Ukraynanın Zaporojye vilayəti ilə irəlilədiyi məlum olub. Maşın karvanının Çonqar yarımadasından keçdiyi bildirilib. Kiyevdə mərkəzi hakimiyyət bundan xəbərdar olsa da, hələlik heç bir addım atılmır. Qeyd edək ki, Ukrayna müdafiə naziri İqor Tenyux ölkəsinin Rusiyaya xəbərdarlığına baxmayaraq, Krıma 6 min əsgər və hərbi texnika göndərildiyini söyləyib. Hal-hazırda Rusiyanın Ukraynadakı hərbi bazalarında 20 min əsgəri var.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək