TQDK Apellyasiya komissiyası yaradıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistratura pilləsinə qəbulla bağlı Apellyasiya komissiyası yaradıb. APA TV-nin xəbərinə görə, Apelyasiya komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının 2 mart 2014 cü il tarixində keçirilmiş birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün təşkil olunub. Bakalavrlar Apelyasiya komissiyasına 3-5 mart 2014-cü il tarixlərində saat 10.00 dan 17.00-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, martın 2- si ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı keçirilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək