"Donetsk fəalları"na yardım aparan erməni öldürüldü
Slavyansk şəhərində "sağ sektor"un nümayəndələri "Donetsk fəalları"nın avtomobilinə silahlı hücum ediblər. APA TV-nin "Voskanopat.info" saytına istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Öldürülən şəxsin milliyətcə erməni Ruben Avanesyan olduğu müəyyənləşib. Donbass Xalq Cəbhəsi qərərgahının nümayəndəsi hücuma məruz qalan şəxslərin Slavyanska humanitar yardım apardıqlarını bildirib. Şəhər mərkəzində təşkil olunan mitinqdə nümayiş iştarkçıları Rusiya bayraqlarını qaldıraraq, Ukraynanın yeni hakimiyyətini tanımadıqlarını, sona qədər öz azadlıqları ugrunda mübarizə aparacaqlarını bəyan ediblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı