Azərbaycanın folklor paytaxtı Balakən - TƏQDİMAT
Balakənin Azərbaycanın Folklor Paytaxtı elan edilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. APA TV-nin məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən 2014-cü ildə Balakən Azərbaycanın Folklor Paytaxtı elan olunub. Bu münasibətlə keçirilən təqdimat mərasimində ilk olaraq Balakənin tarixi və bu gününü əks etdirən maddi-mədəniyyət, folklor nümunələri nümayiş etdirilib. Tədbirdə bildirilib ki, bu gün Balakəndə bir çox azsaylı xalqların nümayəndələri yaşayır və folklor ili çərçivəsində onların maddi-mədəniyyət nümunələri dünyaya tanıdılacaq.
Təqdimat mərasimində rayon incəsənət məktəbinin, eləcə də kənd mədəniyyət evlərinin yaradıcı kollektivləri qədim musiqi alətlərinin müşayiəti ilə müxtəlif musiqi nömrələri ifa edib. Eyni zamanda bölgənin, xüsusən Balakəndə yaşayan xalqların milli adət-ənənələri, folklor nümunələri nümayiş etdirilib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı