İntiqam Babayev: "Mənim "nurçu" olmağımla bağlı..."
"Bəzi mətbuat orqanlarında mənim "nurçu" olmağımla bağlı yayılan xəbərləri gülüşlə qarşılayıram. Əslində bu fikirlər həm sözügedən mətbu
orqanlarının, həm də orda çalışan yazarların qeyri-ciddiliyindən xəbər verir".
APA TV-nin xəbərinə görə, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev “nurçu” olması barədə iddialara cavab verərəkən deyib: "Mənim gülüşüm buna cavabdır. Biz azad cəmiyyətdə yaşayırıq və mətbuat sərbəst şəkildə hər şeyi yaza bilər. Əgər həmin mətbuat orqanı belə məlumat yayıb özünu, ciddi orqan hesab edirsə, bunun arxasında hansısa konkret faktlar dayanmalıdır".
"Nurçu" cərəyanına aidiyyəti olmadığını deyən İ.Babayev nazir müavini kimi öz işi ilə məşğul olduğunu bildirib. Nazir müavini "nurçu" hərəkatı ilə hər hansı əlaqəsinin olmadığını vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı